EY İlin İş Adamı müsabiqəsi Azərbaycanda

EY İlin İş Adamı öz cəmiyyətində, ölkəsində və dünyada həyat keyfiyyətini yaxşılaşdırmaq üçün çalışan, liderlik, uğur nümayiş etdirən şəxslərin və şirkətlərin sahibkarlıq nailiyyətlərini tanıyan qlobal bir proqramdır.

EY İlin İş Adamı proqramı 35 ildən çoxdur ki, təsis edilib və bu gün dünyanın 60-dan çox ölkəsinin 145 şəhərində fəaliyyət göstərir. EY İlin İş Adamı proqramında iştirak etməklə sahibkarlar öz həmkarları ilə əlaqə qura, bizneslərini böyütmək üçün yeni yollar kəşf edə, şirkət və komanda profillərini yüksəldə bilərlər. Milli mərhələnin qalibi Monte-Karloda keçiriləcək nüfuzlu EY Dünya Üzrə İlin İş Adamı yarışında iştirak etmək imkanını əldə edir

İlin İş Adamı müsabiqəsi 2019-cu ildən etibarən yerli sahibkarları layiqincə qiymətləndirmək, dəstəkləmək və birləşdirmək niyyəti ilə Azərbaycanda da keçirilməyə başladı. Proqram cəmiyyətə və iqtisadiyyata müsbət təsir göstərən uğurlu sahibkarları və onların töhfəsini tanıyır.

  • Proqramın üstünlükləri

    EY İlin İş Adamı proqramı Azərbaycanda sahibkarlığın təşviq edilməsinə böyük əhəmiyyət verir və iş adamlarına bizneslərini ölkə daxilində, habelə onun hüdudlarından kənarda inkişaf etməsində dəstək göstərir. EY İlin İş Adamı müsabiqəsi qələbə qazanan iştirakçıların milli və beynəlxalq səviyyədə tanınması ilə yanaşı, onlara həm də böyüyən, 500-dən çox güclü EY İlin İş Adamı məzun icması (keçmiş və cari ilin finalçıları) daxilində əvəzsiz bir şəbəkə qurmaq və biznesləri üçün yeni inkişaf yolları kəşf etmək imkanı yaradır.

    Beynəlxalq miqyasda ən nüfuzlu biznes mükafatlandırma proqramlarından biri kimi tanınan İlin İş Adamı müsabiqəsi hər ölkənin ən yenilikçi biznes liderlərini qiymətləndirir.

    Mükafatlandırma prosesində iştirak etməklə müştəri, tərəfdaşlıq, birgə müəssisə və ya digər inkişaf imkanlarının axtarışında olan həmkarlar, sponsorlar, münsiflər və qonaqlar ilə əlaqələr yaradaraq brendinizin daha yaxşı tanınmasına kömək etmiş olacaqsınız. Proqram şirkətinizi perspektivli investorlar, işçilər və müştərilər üçün daha açıq edir, nailiyyətlərinizi qeyd etməyə və komandanın töhfələrini açıq şəkildə nümayiş etdirməyə imkan verir.

    İlin İş Adamı proqramı finalçıların və qaliblərin yerli bazarda və xaricdə tanınmasına yol açır və bu da onlara aparıcı işgüzar adamlarla əlaqə yaratmağa kömək edir. Bu, sadəcə bir mükafat deyil – bu, tədbirlərə qoşulmaq, mediada işıqlandırılmaq və müxtəlif səviyyələrdə çıxışlar etmək imkanı verən liderlər icmasıdır.

    Proqramın milli mərhələlərinin qalibləri Monte Karloda keçirilən müsabiqədə EY Dünya Üzrə İlin İş Adamı adı uğrunda yarışacaqlar.

  • Uyğunluq meyarları

    • EY İlin İş Adamı proqramı Azərbaycanda fəaliyyət göstərən şirkətlər üçün açıqdır
    • Namizədlər şirkətin ən azı 20% hissəsinə sahib olmalıdırlar
    • Namizədlər şirkətin fəaliyyətində əsas məsuliyyəti daşımalıdırlar
    • Son iki il ərzində şirkətin dövriyyəsi ən azı 1 maliyyə ili üzrə 300 min manatdan 30 milyon manatadək olmalıdır​
    • Şirkət 2024-cü ilin yanvar ayına kimi ən azı iki il fəaliyyət göstərməlidir
    • Namizədlər əvvəlki iki il üzrə vergi nəticələrinin izlənilməsini təmin etmək qabiliyyətində olmalıdırlar
    • Namizədlər əvvəlki iki il üzrə maliyyə hesabatlarını təqdim etməlidirlər
  • Qiymətləndirmə meyarları

     “EY İlin İş adamı” müsabiqəsinin bütün finalçıları və qalibləri müstəqil münsiflər heyəti tərəfindən aşağıdakı meyarlarla uyğunluq baxımından qiymətləndirilirlər.  

    Qiymətləndirmə meyarları balanslaşdırılmış struktura malikdir, yəni hər hansı fərdi meyar digər meyardan üstün deyil. Meyarlar EY şirkətinin “daha yaxşı iş dünyası qurmaq” məramını nəzərə alaraq işlənib hazırlanmışdır. Bu məram uzunmüddətli dəyərin yaradılmasını qiymətləndirmə prosesinin ən vacib amilinə çevirir.

    EY uzunmüddətli dəyər yaradan sahibkarların nailiyyətlərini tanıyaraq, Şirkətin dəyərlərini bölüşən və dünyanı daha yaxşı məkana çevirən sahibkarlarla əlaqələri gücləndirir.  

    Sahibkarlıq ruhu
    • İnnovasiyalar yaratmaq və daha yaxşı iş dünyası qurmaq imkanlarını müəyyən edir.
    • Baxışını həyata keçirmək üçün risk edir.
    • ​​​​Əhəmiyyətli maneələrlə üzləşdikdə əzmkarlıq, qətiyyət və möhkəmlik nümayiş etdirir.
    Məqsəd
    • Özü və təşkilatı qarşısında ruhlandırıcı məqsəd və baxış müəyyən edir.
    • Dayanıqlı gələcək fəaliyyət üçün strategiyalar irəli sürür.
    • Maraqlı tərəflər və ekosistemlər (məsələn, istehlakçılar, işçilər, təchizatçılar, hökumət, icmalar, investorlar və səhmdarlar) üçün uzunmüddətli perspektivdə dəyər yaradaraq onu qoruyur.
    İnkişaf
    • Bazardakı payını artırır, yeni bazarlara daxil olur.
    • Müsbət maliyyə nəticələrinin əldə edilməsinə təkan verir.
    • Müxtəlif istedadların cəlb edilməsi, inkişafı və şirkətdə saxlanılması üçün səylər göstərir.
    • ​​​​​​​Yeni yanaşmalar və texnologiyaları təşviq edən innovasiyalar mədəniyyətini qurur ​.
    Təsir
    • Xidmət göstərdiyi müştərilərə müsbət təsir edir.
    • Öhdəliklər və icra planları tətbiq etməklə strategiyalarına Ekoloji, Sosial və Korporativ idarəetmə təcrübələrini inteqrasiya edir.
    • Müxtəlif istiqamətlər üzrə müxtəliflik və inklüzivlik prinsiplərinə önəm verir.
  • Tez-tez verilən suallar

    Kim iştirak edə bilər?

    Siz Azərbaycan vətəndaşı olmalısınız və şirkətiniz Azərbaycanda müvafiq dövlət orqanında qeydiyyatdan keçməlidir. Bütün digər uyğunluq meyarlarına cavab verməlisiniz (“Uyğunluq meyarları” bölməsinə baxın).

    Şirkətim xarici şirkətin Azərbaycandakı rəsmi nümayəndəliyi və ya filialıdırsa, iştirak mümkündürmü?

    Xeyr, proqramda yalnız Azərbaycanda yaradılmış və qeydiyyatdan keçmiş şirkətlər iştirak edə bilər.

    İştirak meyarlarına uyğun olması üçün şirkətin müəyyən bir müddətdə bazarda fəaliyyət göstərməsi tələb olunurmu?

    Şirkətiniz 2023-cü ilin yanvarına kimi bazarda ən azı iki il fəaliyyət göstərməlidir.

    Pul mükafatı varmı?

    Xeyr, pul mükafatı təklif edilmir. Lakin milli yarışmanın qalibi 2023-cü ilin iyun ayında Monakonun Monte-Karlo şəhərində keçiriləcək EY Dünya Üzrə İlin İş Adamı tədbirində Azərbaycanı təmsil edəcəkdir.

    İştirakın başqa faydaları nələrdir?

    Bu proqram dünyanın sahibkarları arasında ən nüfuzlu yarış hesab olunur. Müsabiqənin qalibləri milli və beynəlxalq işgüzar dairələrdə tanınacaq, brend və bizneslərini təşviq edə biləcəklər, onların fəaliyyəti media tərəfindən işıqlandırılacaq.

    Proqramda iştirak üçün necə müraciət edə bilərəm?

    Proqrama müraciət etmək üçün son 2 il üzrə vergi üzləşdirmə vərəqəsi və maliyyə hesabatları ilə birlikdə ərizə formasının imzalanmış nüsxəsini qeyd olunan elektron ünvana göndərməlisiniz: eoy@az.ey.com. Sonra ərizənin əsl nüsxəsi poçtla aşağıdakı ünvana göndərilməlidir: Azərbaycan, Bakı, AZ1010, Neftçilər prospekti 153, Port Baku Tauers Biznes Mərkəzi, Cənub Qülləsi, 9-cu mərtəbə

    Ərizənin verilməsi ilə bağlı hər hansı sual və ya problem yaranarsa müraciət edə biləcəyim kimsə varmı?

    Ərizə forması ilə bağlı hər hansı sualınız və ya probleminiz yaranarsa +994124907020 nömrəsinə zəng edərək Nərmin Quliyeva ilə əlaqə saxlaya bilərsiniz. Bütün suallarınızı cavablandırmağa hazırıq.

  • Münsiflər heyəti

    İlin İş Adamı müsabiqəsinə qatılan namizədlər sahibkarlardan, dövlət korporasiyalarının top menecerlərindən və beynəlxalq maliyyə qurumlarını təmsil edən idarəçilərdən ibarət müstəqil münsiflər heyəti tərəfindən qiymətləndirilir.

    Münsiflər tərəfindən qiymətləndirilən amillər:

    • Yüksək liderlik bacarığı və müvəffəq olmaq üçün güclü istək
    • İşgüzar münasibətlərdə dürüstlük və şəffaflıq
    • Komanda işinin dəyərini anlamaq, eyni zamanda müstəqil düşünmə qabiliyyətinə malik olmaq
    • Biznes modellərinə, iş mədəniyyətinə və ya proseslərinə innovativ baxış və yanaşmalar
    • Milli və potensial olaraq dünya bazarlarına təsir göstərmək bacarığı
    • Bazarda yeni iş yerləri yaratmaq və iqtisadiyyatın inkişafına töhfə vermək
    • Məqsədyönümlük, cəmiyyətdə və ətraf mühitdə müsbət dəyişiklikləri dəstəkləmək, o cümlədən cəmiyyətə xeyriyyəçiliklə töhfə vermək
    • Təşkilatın strukturlarını və proseslərini optimallaşdırmaq üçün peşəkar fəaliyyətində mükəmməllik və yüksək standartları nümayiş etdirmək
    • Strateji ittifaqlar qurmaq və özlərini istedadlı insanlarla əhatə etmək; öz biliklərini bölüşərək və başqalarına dəstək göstərərək sahibkarlıq yetkinliyini nümayiş etdirmək 

    Aliyə Əzimova

    Beynəlxalq Maliyyə Korporasiyasının ölkə üzrə rəhbəri

    Əfqan İsayev

    Vitse-prezident, SOCAR

    Кирилл Варламов

    Mir Camal Paşayev

    Direktorlar Şurasının sədr müavini, Paşa Holdinq

    Qustaf Nobel

    Direktor, Conversus

    Teybə Quliyeva

    "Societe Generale” Korporativ və İnvestisiya Bankının regional nümayəndəsi

    Кирилл Варламов

  • EY İlin İş Adamı müsabiqəsinin iştirakçıları

    Məqsədyönlü və qabaqcıl sahibkarların ambisiyaları onları yeni zirvələrə doğru aparır. EY İlin İş Adamı müsabiqəsinin 2020-ci2021-ci2022-ci və 2023-cü illər üzrə namizədləri ilə tanış olun.

EY İlin İş Adamı müsabiqəsi liderlik və uğur nümayiş etdirən şəxslər və şirkətlərin sahibkarlıq nailiyyətlərini üzə çıxarır.

Ərizə qəbulu

Tərəfdaşlar

Baş sponsor 

Sponsorlar

Tərəfdaş

Media tərəfdaşlar

Suallarınızı bizə ünvanlandırın

Bizimlə əlaqə